Lənkəranda bu müəssisəyə direktor axtarılır

Lənkəranda bu müəssisəyə direktor axtarılır
  • Siyasət / Lənkəran

  • Gənclər və İdman Nazirliyi Lənkəran “Gənclər evi” sosial xidmət müəssisəsinə direktor vəzifəsinə sənəd qəbuluna start verib.

    Asiya.az nazirliyə istinadən xəbər verir ki, namizədlər aşağıdakı tələblərə cavab verməlidilər:

    • Ali təhsilli;
    • Gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
    • Yaş həddi 35-dək;
    • Minimum 1 xarici dil bilmək.

    Təqdim ediləcək sənədlər:

    • CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
    • Şəxsiyyət vəsiqəsinin surəti;
    • Ali təhsil haqqında diplomun surəti;
    • Tərcümeyi-hal (elektron formada).

    Müsahibə proqramı və qulluq funksiyaları ilə ətraflı linkdən (https://drive.google.com/drive/folders/1g6-kJMiRVDTk8Ym0tN8gryPRb6fksss9) tanış olmaq mümkündür. 
    Sənədlər sentyabrın 25-i tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir.

    Müraciət olunan vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər