Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)

Azərbaycan çempionatını ən dəyərli futbolçuları (SİYAHI)
  • İdman

  • Artıq milli çempionatlarda yeni mövsümlərə start verilib. Komandalar yay fasiləsində heyətlərində islahatlar aparıb, yeni futbolçularla gücləniblər.

    Asiya.az xəbər verir ki, “Transfermarkt” da futbolçuların qiymlətləndirməsini yeniləyib, bəzilərinin dəyəri artıb, bəzilərində isə azalıb.

    Misli Premyer Liqsının ən bahalı futbolçusu “Qarabağ”ın üzvü Juninyodur. Onun transfer dəyəri 2 milyon avro hesablanıb.

    İkinci pillədə başqa bir “Qarabağ”lı – yeni transfer Aleksey Kaşuk qərarlaşıb. Ukraynalı oyunçuya 1,8 milyon avro qiymət qoyulub.

    Növbəti yerləri də “Qarabağ”lılar tutur. Belə ki, Mateuş Koxalski və Leandro Andradenin dəyəri 1,5 milyon avrodur.

    Ümumilikdə çempionatımızın 30 ən dəyərli oyunçusu siyahısında “Qarabağ”dan 11, “Neftçi”dən 6, “Sabah” və “Zirə”dən 3, “Sumqayıt”dan 2 futbolçu yer alıb.

    Juninyo (Qarabağ) – 2 milyon avro
    Aleksey Kaşuk (Qarabağ) – 1,8 milyon avro
    Mateuş Koxalski (Qarabağ) – 1,5 milyon avro
    Leandro Andrade (Qarabağ) – 1,5 milyon avro
    Yassin Benzia (Qarabağ) – 1,2 milyon avro
    Nəriman Axundzadə (Qarabağ) – 1,2 milyon avro
    Yuri Matias (Neftçi) – 1,2 milyon avro
    Toral Bayramov (Qarabağ) – 1 milyon avro
    Emmanuel Addai (Qarabağ) – 1 milyon avro
    Ramil Şeydayev (Neftçi) – 1 milyon avro
    Pavol Safranko (Sabah) – 1 milyon avro
    Şahrudin Magomedaliyev (Qarabağ) – 900 min avro
    Emin Mahmudov (Neftçi) – 900 min avro
    Qismət Alıyev (Zirə) – 900 min avro
    Ayron Qomis (Zirə) – 900 min avro
    Aleksey İsayev (Qarabağ) – 850 min avro
    Brayan Moreno (Neftçi) – 850 min avro
    İvan Lepiniça (Sabah) – 850 min avro
    Rza Cəfərov (Neftçi) – 800 min avro
    Andre Şinyaşiki (Neftçi) – 800 min avro
    Rəhim Sadıqov (Sumqayıt) – 800 min avro
    Elvin Cəfərquliyev (Qarabağ) – 750 min avro
    Yusif İmanov (Sabah) – 750 min avro
    Ruan Renato (Zirə) – 750 min avro
    Səbuhi Abdullazada (Sumqayıt) – 750 min avro
    PAYLAŞ:

    Oxşar xəbərlər