"Facebook" və "Instagram"dan istifadə edənlərin NƏZƏRİNƏ: Abunə pullu olacaq

"Facebook" və "Instagram"dan istifadə edənlərin NƏZƏRİNƏ: Abunə pullu olacaq
  • Maraqlı

  • "Meta" Avropadakı Instagram və Facebook istifadəçiləri üçün reklamsız aylıq abunə sistemi üzərində işləyir.
      
    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, "Meta" ilə Avropa İttifaqı (Aİ) arasında bir müddətdir ki, məlumatların məxfiliyi və reklamla bağlı mübahisələr var.

    Məhz buna görə də məlum olub ki, "Meta" Facebook və Instagram-da istifadəçilərə reklam göstərməyən ödənişli abunə xidmətini işə salmağı düşünür.

    Mənbələr həmçinin bildiriblər ki, "Meta" həmçinin Avropa Birliyində reklamlarla Facebook və Instagram-ın pulsuz versiyalarını təqdim etməyə davam edəcək.

    Tətbiqlərin pullu versiyalarının nə qədər başa gələcəyi və ya şirkətin onları nə vaxt istifadəyə verəcəyi hələlik bəlli deyil.
     
    Meta hesab edir ki, Facebook və ya Instagram-ın ödənişli reklamsız versiyası bəzi Avropa tənzimləyicilərinin narahatlığını azalda bilər.

    Bu, əsas texnoloji platformaları rəqabəti təşviq etmək üçün müəyyən iş təcrübələrini dəyişməyə məcbur edəcək və bunun geniş təsirləri olacaq.

    Məsələn, "Apple” şirkəti Avropa Birliyindəki istifadəçilərə ilk dəfə olaraq iPhone və iPad-də App Store-a alternativ mağazadan istifadə etməyə icazə verəcək.
     
    PAYLAŞ:

    Oxşar xəbərlər