Masallıda tövlə və ot bağlaması yandı

Masallıda tövlə və ot bağlaması yandı
  • Hadisə / Masallı

  • Masallı rayonunun İmanlı kəndində  yanğın hadisəsi baş verib.

    Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
    Asiya.az xəbər verir ki, ümumi sahəsi 25 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə, tövləyə bitişik, ümumi sahəsi 85 m² olan talvarın dam örtüyünün taxta atmaları 55 m² sahədə və 5 ton ot bağlaması yanıb. Ot bağlamalarının, tövlənin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər