Masallıda 6 otaqlı ev yandı

Masallıda 6 otaqlı ev yandı
  • Hadisə / Masallı

  • Masallı rayonunun Ağakişibəyli kəndində 6 otaqlı evdə yanğın hadisəsi baş verib.

    Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
    Bildirilir ki, ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları 45 m² sahədə və 2 otağın yanar konstruksiyaları 50 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 12 m² sahədə əriyib. Evin qalan hisəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər