Göytəpədə səkkiz küçəyə şəhid adı verildi

Göytəpədə səkkiz küçəyə şəhid adı verildi
  • Sosial / Cəlilabad

  • Cəlilabad rayonunun Göytəpə şəhərində səkkiz küçə artıq şəhid adlarını daşıyacaq.

    Asiya.az xəbər verir ki, bunlarla bağlı müvafiq sərəncamlar verilib. Belə ki, şəhid Elməddin Əliyevin adı köhnə Nizami küçəsinin bir hissəsinə, şəhid Vüqar İbadovun adı köhnə Həzi Aslanov küçəsinin bir hissəsinə, şəhid Əlikram Xanışovun adı köhnə Pişəvəri küçəsinə, şəhid Elmir Məmmədovun adı əvvəl adsız olan küçəyə, şəhid Muxtar Babayevin adı əvvəl adsız olan küçəyə, şəhid Namiq Həsənovun adı köhnə Cəfər Cabbarlı küçəsinin bir hissəsinə, şəhid Mirlətif Ağayevin adı köhnə Ərdəbil küçəsinə və şəhid Murad Səlifovun adı köhnə Fərman Salman küçəsinə verilib. Qeyd edək ki, Göytəpəyə 1976-ci ildə şəhər statusu verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər