Masallının bu kəndləri qazsız qalacaq

Masallının bu kəndləri qazsız qalacaq
  • Sosial / Masallı

  • Masallı rayonu ərazisində sabah saat 10:00-dan etibarən bir neçə kənddə qazın verilməsi dayandırılacaq.

    Asiya.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Masallı rayonu Türkoba kəndində 2024-2025-ci il Payız-qış tədbirlər planına uyğun olaraq qaz tənzimləyicilərin quraşdırılması ilə əlaqədar Tüklə qaz paylayıcı stansiyadan qidalanan Mahmudavar, Mololon kəndlərinin və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 1700-ə yaxın abonentin qaz təchizatı dayandırılacaq.

    İşlər başa çatdıqdan sonra qazın verilməsi bərpa ediləcək. İdarə tərəfindən abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər