Lerikdə avtomobil dərəyə aşdı - Sürücü xəsarət alıb

Lerikdə avtomobil dərəyə aşdı - Sürücü xəsarət alıb
  • Hadisə / Lerik

  • Lerikdə yol-nəqliyyat hadisəsi baş verib.

    Asiya.az xəbər verir ki, hadisə Piran-Hamarat yolunda, Qışlaq kəndi ərazisində baş verib. Lerik rayon sakini 1965-ci il təvəllüdlü Mehman Ağamməd oğlu Höccətov idarə etdiyi  "Ford Transit" markalı avtomobillə hərəkətdə olarkən, idarəetməni itirib. Nəqliyyat vasitəsi dərəyə aşıb, sürücü yarı yolda avtomobildən çölə düşüb. Qəza nəticəsində  müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Höccətov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

    Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər