Lənkəranda avtomobil iki piyadanı vurub, biri ölüb - YENİLƏNİB

Lənkəranda avtomobil iki piyadanı vurub, biri ölüb - YENİLƏNİB
  • Lənkəran / Hadisə

  • Lənkəranda yol qəzasında xəsarət alan piyadanın vəziyyəti açıqlanıb.
    Lənkəran rayon mərkəzi xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev APA-ya açıqlamasında bildirib ki, 04.06.2024-cü il tarixində saat 02:25 radələrində Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisində keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər (kişi cinsli) şəxs "travmatik şok, baldır sümüklərinin çoxsaylı sınığı, başın, döş qəfəsinin və qarın boşluğunun qapalı travması" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
    Yaralılara zəruri ilkin tibbi yardım olunub. Xəsarət alanlardan biri vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində köçürülüb, lakin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
    ***
    09:40
    Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
    APA-nın cənub bürosunun verdiyi məlumata görə, iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu səhər Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Hərəkətdə olan minik avtomobili piyada olan Girdəni kənd sakinləri 1995-ci il təvəllüdlü Elmar Eldar oğlu Hüseynov və 2000-ci il təvəllüdlü Məhərrəməli Vidadi oğlu Ağayevi vurub. Piyadalar ağır vəziyyətdə Lənkəran rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Hər iki yaralıya tibbi yardım göstərilib.
    Vəziyyəti daha ağır olan Elmar Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb. Digər yaralı Məhərrəməli Ağayev travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qalıb. E.Hüseynovun meyiti aidiyyəti üzrə təhvil verilib.
    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər