Lerikdə minik maşını ağaca çırpılıb, xəsarət alanlar var

Lerikdə minik maşını ağaca çırpılıb, xəsarət alanlar var
  • Hadisə / Lerik

  • Lerikdə idarəetməni itirən avtomobil ağaca çırpılıb.

    Asiya.az-ın verdiyi məlumata görə, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib.
    Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
    Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə iyulun 12-də saat 21 radələrində rayonun Rəzəvül kəndi ərazisində baş verib.

    "Niva" markalı avtomobilin sürücüsü K.Kazımovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.
    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər