Asiya.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistandakı KTMT institutunun rəhbəri Nver Torosyan söyləyib.
“Burada söhbət vertolyot və ağır hərbi texnikadan gedir. Onlar 2015-2016-cı illər ərzində İrəvana verilməli idi, lakin Rusiyadakı böhran bunu etməyə imkan vermədi. Xoşbəxtlikdən artıq bu silahların 2018-2019-cu illərdə verilməsi ilə bağlı razılaşma var. Bu, Ermənistanı təhlükəsizlik baxımında bir addım irəliyə atacaq”, – deyə o bildirib.