Asiya.az xəbər verir ki, bu fotonu jurnalist Ramin Deko özünün Facebookdakı səhifəsində paylaşıb. Jurnalist bildirir ki, Mehman Əliyevi Yasamal rayon polis idarəsinə gətiriblər.
***
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev saxlanılıb.
Hüquq-mühafizə orqanlarından virtualaz.org-a bildiriblər ki, jurnalist Vergilər Nazirliyi İstintaq İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildiriblər ki, Mehman Əliyevin barəsində həbs tədbiri seçilib.