Bu paltarları bədən ölçüsündən kiçik alın - SİYAHI

Bu paltarları bədən ölçüsündən kiçik alın - SİYAHI
  • Maraqlı / Araşdırma

  • Bəzən öz ölçümüzə uyğun paltar alsaq da, bir dəfə yuyandan sonra ya əynimizə kiçilir, ya da sallanmağa başlayır. Bəs paltar alarkən necə seçim etməliyik?

    Sizə bədən ölçüsündən kiçik və ya böyük almalı olduğumuz paltarların siyahısını veririk.

    Tişört

    Tişörtlərin böyük əksəriyyəti pambıqdan hazırlandığı üçün qurutma əsnasında 20 faiz kiçilirlər. Ona görə bədən ölçünüzdən böyük tişört almalısınız.

    Köynək

    Köynəklərdə kiçilmə tişörtlərə nisbətən daha azdır. Ancaq yenə də haradan kiçiləcəyini təxmin etmək olmur. Yaxa, qol, yoxsa çiyinlər...

    Yun jaket

    Yun jaketlər hər yumada kiçilir. Buna görə də jaket alarkən bir ölçü böyük almaqda fayda var.

    Corablar

    Corabların böyük əksəriyyəti pambıqdır. Buna görə yuma əsnasında kiçilə bilər.

    Yay paltarları

    Yay fəslində uçuşaraq geyilən paltarlar yuyulduqdan sonra ilk günki görünüşünü itirir. Paltarlarınızı əllə yuya, ya da bir ölçü böyüyünü seçə bilərsiniz.

    Nəyi bədən ölçümdən kiçik almalıyam?

    Cins şalvar

    Cins şalvarlar daim hava keçirirlər. Cins şalvarların çoxu laykralı parçadan hazırlandığı üçün müddət sonra genişlənir.

    Tayt

    Taytlarda 5 faiz belə elastin varsa, parçanı genişləndirər. Buna görə kiçik ölçü alaraq, taytların istifadə müddətini uzada bilərsiniz.

    Poliester jaket

    Gün ərzində əyninizdə olan bu jaketlər genişlənə bilər və pinti bir görünüş ortaya çıxar.

    Kapron corab

    Bir-iki dəfə yuyulduqdan sonra dizlərdə və topuqlarda yığılmalar olacaq. Bu görünüş heç bir qadının xoşuna gəlməz. Buna görə bədən ölçünüzdən bir nömrə kiçik alın.
    PAYLAŞ:

    Oxşar xəbərlər