Asiya.az xəbər verir ki, dövlət başçısı "Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanı ilə müəyyən edilmiş müavinətin məbləğini 2018-ci il martın 1-dən 10 faiz artırıb.
Prezident əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə də sərəncam imzalayıb. Sərəncama əsasən sosial müavinətlərin məbləği 10 faiz artırılıb. Sərəncam martın 1-dən qüvvəyə minəcək.
İlham Əliyev də uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılsı haqqında da sərəncam imzalayıb.