"İŞİD terror təşkilatının başçısı məhv edildi"

"İŞİD terror təşkilatının başçısı məhv edildi"
  • Dünya

  • İŞİD terror təşkilatının başçısı Əbubəkr Bağdadinin Suriyanın Rakka şəhərinə endirilən aviazərbə nəticəsində məhv edildiyinə dair xəbər yayılıb.

    Asiya.az xəbər verir ki, bu barədə “Deyli Mail” Suriyanın dövlət televiziyasına istinadən xəbər yayıb. Ancaq terrorçulara bağlı “Amaq” saytı hələlik bu məlumatı təsdiqləyən informasiya yaymayıb.

    Qeyd edək ki, indiyədək bir neçə dəfə İŞİD liderinin öldürülməsi barədə xəbər yayılsa da, bu, təsdiqini tapmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər