Azərbaycanda işıqpuluna görə idarə işçisi öldürüldü

Azərbaycanda işıqpuluna görə idarə işçisi öldürüldü
  • Kriminal

  • Dünən Ağdaş rayonunda törədilmiş qətlin səbəbi məlum olub.

    Asiya.az lent.az-a istinadən xəbər verir ki, Aşağı Zeynəddin kəndində yaşayan 60 yaşlı Dursun Muğumovla ağacla vurub öldürdüyü 51 yaşlı Baxşalı Əliyev qohum olub. Belə ki, D.Muğumov B.Əliyevin qardaşının qayınatasıdır.

    İlkin araşdırmalar zamanı məlum olub ki, B.Əliyev “Azərişıq”ın yerli idarəsində nəzarətçi işləyib. O, elektrik enerjisi sərfiyyatına görə yaranmış borc səbəbindən qardaşının qayınatasının xəttini kəsib. Bundan əsəbiləşən 60 yaşlı kişi ağac parçası ilə idarə işçisinə hücum edib və onun başına zərbə endirib.

    Ağır xəsarət alan 51 yaşlı B.Əliyev xəstəxanaya aparılıb və orada ölüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər