Prezident Tağı Əhmədovla bağlı sərəncam imzaladı

Prezident Tağı Əhmədovla bağlı sərəncam imzaladı
  • Dünya / Manşet

  • Tağı Əhmədov II dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

    Asiya.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov II dərəcəli "Əmək” ordeni ilə təltif edilib.

    Qeyd edək ki, T.Əhmədov 1948-ci ildə anadan olub. Fevralın 1-də onun 70 yaşı tamam olub. T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Hazırda hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.
    PAYLAŞ:

    Oxşar xəbərlər