Prezident 2 sərəncam imzaladı

Prezident 2 sərəncam imzaladı
  • Siyasət

  • Prezident İlham Əliyev Əli Məmmədovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Asiya.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasında inşaat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Abdulla oğlu Məmmədov "Şöhrət” ordeni ilə təltif edilsin.

    Prezident İlham Əliyevin başqa bir sərəncamına əsasən Azərbaycanda rabitə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nuri Ağa Mirzə oğlu Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.

    Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər