Cəlilabadda kriminal avtoritet tutuldu: silahlı insidentə görə (VİDEO)

Cəlilabadda kriminal avtoritet tutuldu: silahlı insidentə görə (VİDEO)
  • Hadisə

  • Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.

    Asiya.az apa-ya istinadən xəbər verir ki, saxlanılan Şahin Həsənova məxsus yaşayış evindən 2 ədəd tüfəng, 2 ədəd əl qumbarası, binokl, 5 barmaq, 1 ədəd avtomat patronu, Səxavət Həsənova məxsus evdən isə 2 ədəd əl qumbarası, eyni zamanda Şahin Həsənova məxsus "Audi Q7" markalı avtomobildən 8 ədəd patron olan "Makarov" tipli tapançanın 1 ədəd darağı aşkar edilərək götürülüb.

    Hazırda həmin insidentdə digər şəxslərin iştirakının müəyyən edilməsi və saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

    ***

    Cəlilabad rayonunda iki gün əvvəl baş vermiş silahlı insident iştirakçıları saxlanılıb.

    Asiya.az "Report”a istinadən xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində kriminal aləmdə "Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənov və qarşı tərəfdən isə İlqar Həsənov saxlanılıb. Şahin Həsənovun evinə baxış keçirilən zaman xeyli sayda silah-sursat maddi sübut kimi götürülərək istintaq şöbəsinə təhvil verilib.

    Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Qeyd edək ki, silahlı insident iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş vermişdi.




    Cəlilabadda kriminal avtoritet tutuldu: silahlı insidentə görə (VİDEO)
    Cəlilabadda kriminal avtoritet tutuldu: silahlı insidentə görə (VİDEO)
    Cəlilabadda kriminal avtoritet tutuldu: silahlı insidentə görə (VİDEO)
    Cəlilabadda kriminal avtoritet tutuldu: silahlı insidentə görə (VİDEO)
    PAYLAŞ:

    Oxşar xəbərlər