İlham Əliyev ad gününü harada və necə keçirir? – Araşdırma

İlham Əliyev ad gününü harada və necə keçirir? – Araşdırma
  • Siyasət / Araşdırma

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün 57 yaşını qeyd edir.

    Təvazökarlığı həyat tərzinə çevirən və "Mən xalqın birinci xidmətçisiyəm və bütün məmurlar belə işləməlidir” deyən Prezident İlham Əliyev doğum günlərini müxtəlif təbəqələrdən olan sadə vətəndaşlarla qeyd edir.

    Asiya.az azxeber.com-a istinadən Prezident İlham Əliyevin ad günlərini harada və necə qeyd etməsi ilə bağlı araşdırma aparıb.

    2011-ci ildə dövlət başçısı 50 yaşını ailəsi ilə birgə cəbhə xəttində əsgərlərlə keçirib. Məcburi köçkünlərlə görüşüb ad gününü Şuşada qeyd etmək arzusunda olduğunu bildirib.

    2012-ci ildə isə İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi və şəhid ailələri üçün inşa edilən 12 mərtəbəli 96 mənzilli binanın açılış mərasiminə qatıldı.

    2013-cü ilin bu günündə Prezident Bakının Ramana qəsəbəsində Sağlamlıq imkanları məhdud gənclərin peşə Reablitasiya Mərkəzinin yenidən qurmasından sonra açılışını etdi.

    2014-cü ildə doğum günündə ölkə başçısı Bakı Ağ şəhərin inşası başa çatan ofis binası və layihə çərçivəsində görülən digər işlərlə tanış oldu. Müvafiq göstərişlər verdi.

    2015-ci ildə dövlət rəhbəri paytaxtın Nərimanov rayonundakı gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasiminə qatıldı. Sakinlərlə görüşüb, onları maraqlandıran məsələlərlə bağlı danışdı.

    2016-cı ildə Prezident 55 yaşını Yeni Yasamalda sosial evlərin təməlqoyma mərasiminə qatılan sadə vətəndaşlarla birlikdə keçirdi. Onların problemlərini şəxsən öz dillərindən dinlədi və həlli üçün müvafiq tapşırıqlar verdi.

    2017-ci ildə İlham Əliyev "Bakı Ağ Şəhər”də yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış parkın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak edib.

    Bu il də öz ənənəsinə sadiq qalan Prezident İlham Əliyev ad günü ailəsi ilə birlikdə Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksinin açılış mərasiminə qatılıb. Xatırladaq ki, bu yaşayış kompleksi məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir.

    // Azər Niftiyev

    PAYLAŞ:

    Oxşar xəbərlər