Əminə Ağazadənin özəl günü – FOTOLAR

Əminə Ağazadənin özəl günü – FOTOLAR
  • Cəmiyyət

  • Bu gün Millət vəkili Əminə Ağazadənin doğum günüdür.

    Asiya.az
    məlumat verir ki, Əminə Həmid qızı Ağazadə 26 mart 1980-ci ildə Bakı şəhərində anadan olub.

    1997-ci ildə Bakı şəhər 20 nömrəli orta məktəbi bitirib.

    Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavriat və cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisaslaşması üzrə magistratura dərəcəsini alıb.

    2002-ci ildən etibarən prokuroluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
    2020-ci ilin fevral ayına kimi Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, ədliyyə müşaviri vəzifəsini icra edib.

    9 fevral 2020-ci ildə keçirilən VI çağırış Parlament seçkilərində 57 saylı Kürdəmir seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
    Azərbaycan, rus və ingilis dillərini bilir. Evlidir, 1 oğlu var.

    “Asiya.az” xəbər portalı olaraq hüquqşünas, ictimai xadim, Millət vəkili Əminə Ağazadəni doğum günü münasibəti ilə təbrik edir, ömrünün uzun, canının sağlam olmasını arzu edirik.


    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    Əminə Ağazadənin özəl günü – FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər