“Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” təsis edildi

“Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” təsis edildi
  • Cəmiyyət, Manşet

  • Masallı Şəhərinin bir qrup fəal sakini “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” adlı yeni icma təsis ediblər.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili Anar İsgəndərov koronavirus epidemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq Masallı sakinlərinə “Hər ərazi üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” məzmunlu müraciətindən sonra Masallı şəhərində yaşayan bir qrup fəal sakin “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” adlı icma yaratmaq fikirinə gəliblər.

    Yeni təsis edilən icmanın idarə heyətinin Masallı şəhər sakinlərindən ibarət 7 üzvü var - Masallı Rayon Mədəniyyət Mərkəzinin fotoqrafı Elsevər Əliyev, “Nur” video studiyasının dizayneri Faiq Mirzə, “MS film pradakşın group”-un Rejisor assistenti Hüseyn Cəfərli, “Zara vs Group”-un rəhbəri Vadim Eyvazoğlu, Masallı Xalq teatrının aktyoru Uğur Ağazadə, “Sahibkarlıq və Hüquq” qəzetinin cənub bölgəsi üzrə müxbiri Nemət Cahangirli, Ictimai fəal Əsra Yusifli və “Masallının səsi” internet qəzetinin baş redaktoru Mərhəmət Lələyev.

    İdarə heyəti 10 aprel 2020-ci il tarixində ilk iclasını keçirərək icmaya “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” adı verilib. İdarə heyətinin üzvləri yekdilliklə “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti”-nə Mərhəmət Lələyevi sədr seçiblər.
    “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” təsis edildi

    Daha sonra qarşıda duran işlər, icmanın əsas vəzifələrinin nədən ibarət olacağı müzakirə edilib.

    İcma ilə bağlı hər hansı təklifi olan +994552984840, +994505421624 nömrələri ilə əlaqə saxlaya bilərlər.

    Xatırladaq ki, “Masallı Şəhər Xeyriyyə Cəmiyyəti” Anar İsgəndərovun məlum çağırışından sonra təsis edilən ikinci icmadır. İlk icma olan “Ərkivan Xeyriyyə Cəmiyyəti” iki gün öncə Ərkivan qəsəbəsində yaradılıb.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər