“Ərkivan Xeyriyyə Cəmiyyəti” təsis edildi

“Ərkivan Xeyriyyə Cəmiyyəti” təsis edildi
  • Siyasət / Araşdırma / Hərb

  • Ərkivan qəsəbəsinin bir qrup fəal sakini “Ərkivan Xeyriyyə Cəmiyyəti” adlı yeni icma təsis ediblər.

    Asiya.az
    xəbər verir ki, yeni təsis edilən icmanın idarə heyətinin qəsəbə sakinlərindən ibarət 5 üzvü var - “Tərəqqi” Gəncliyin İnkişafı İB-in sədri Raci Səfərov, “Ərkivan Avtoservis” MMC-in direktoru Elşən Hacızadə, Ərkivan Qəsəbə 3 saylı Orta məktəbin Coğrafiya müəllimi Sübhan Şiriyev, "2Digital Group" MMC-nin direktoru Tural Rəsulzadə və “Asiya.az” xəbər portalının baş redaktoru Cəfər Cəfərov.

    İdarə heyəti 8 aprel 2020-ci il tarixində ilk iclasını keçirərək icmaya “Ərkivan Xeyriyyə Cəmiyyəti” adı verilib. İdarə heyətinin üzvləri yekdilliklə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nə Cəfər Cəfərovu sədr seçiblər. Daha sonra qarşıda duran işlər, icmanın əsas vəzifələrinin nədən ibarət olacağı müzakirə edilib.

    “Ərkivan Xeyriyyə Cəmiyyəti”-nin sədri Cəfər Cəfərov Asiya.az-a sakinlər üçün maraqlı ola biləcək suallara cavab verib.

    Məqsədimiz qəsəbəmizdə yaşayan aztəminatlı ailələri təyin etmək, xeyriyyəçilərin etdiyi yardımları könüllülər tərəfindən vaxtında həmin ailələrə çatdırmaqdır.

    - “Ərkivan Xeyriyyə Cəmiyyəti”-ni təsis etməkdə məqsədiniz nədir?


    - Koronavirus epidemiyası ilə əlaqədar bütün dünya, o cümlədən xalqımız çətin günlər yaşayır. Sakini olduğumuz Ərkivan qəsəbəsində ərzaq çətinliyi yaşayan xeyli ailələrimiz var. Dövlətlə yanaşı rayonumuzun, qəsəbəmizin iş adamları, qeyri-hökumət təşkilatları və ictimai fəallar əllərindən gələn yardımı göstərirlər. Lakin göstərilən xeyriyyə işlərinin əksəriyyəti parakəndə şəkildə aparılır. Bəzən eyni vaxtda bir imkansız ailəyə beş imkanlı şəxs yardım göstərir. Amma başqa bir imkansızdan heç kimin xəbəri olmur.
    Hazırda xeyriyyə işi görmək istəyənlər ehtiyaclı ailələrin tam siyahısını əldə etməkdə, karantinlə əlaqədar yardımları ünvana çatdırmaqda çətinliklərlə qarşılaşırlar.

    Millət vəkili Anar İsgəndərov koronavirus epidemiyasının yaratdığı çətinliklərlə əlaqədar olaraq Masallı sakinlərinə “Hər kənd üzrə fəallardan ibarət xeyriyyə icmaları yaradılmalıdır” məzmunlu müraciətindən sonra Ərkivan qəsəbəsindən olan bir qrup fəal sakin “Ərkivan Xeyriyyə Cəmiyyəti” adlı icma yaratmaq fikirinə gəldi.
    Hazırki vəziyyətdə “Ərkivan Xeyriyyə Cəmiyyəti”-ni təsis etməkdə əsas məqsədimiz qəsəbəmizdə yaşayan aztəminatlı ailələri təyin etmək, xeyriyyəçilərin etdiyi yardımları könüllülər tərəfindən vaxtında həmin ailələrə çatdırmaqdır.

    Azərbaycanda, həm də xaricdə yaşayan hər bir vətənpərvər ərkivanlı bizə dəstək olacaq.

    - Bəs xeyriyyə işlərini hansı maliyə hesabına edəcəksiniz?


    - İcmamız toplanan ianələr hesabına yardımlar ediləcək. Bizim çox sayda xeyiriyyəçi həmyerlimiz var. İnanıram ki, bu işdə həm Azərbaycanda, həm də xaricdə yaşayan hər bir vətənpərvər ərkivanlı bizə dəstək olacaq. Belə bir niyyəti olanlar bizimlə əlaqə saxlaya bilərlər

    Könüllü olaraq heç bir maddi maraq güdmədən bu işi görəcəyik.

    - İşin şəffaflığı necə təmin ediləcək?


    - Biz artıq “Ərkivan Xeyriyyə Cəmiyəti” adlı rəsmi feyzbuk səhifəsi yaratmışıq. Daxil olan ianələrin məbləği və kim tərəfindən göndərilməsi orada qeyd ediləcək. Kasıb ailələrə veriləcək ərzaq üçün çəkiləcək xərclər də həmçinin. Biz könüllü olaraq heç bir maddi maraq güdmədən bu işi görəcəyik.
    Asiya.az
    PAYLAŞ:

    Oxşar xəbərlər