Asiya.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclasda “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi nəzərdə tutulub. Qanun layihəsi birinci oxunuşda təqdim olunacaq.
Komitə üzvləri layihə ilə bağlı fikir mübadiləsi aparacaqlar.