Boya zavodunda yanğında FHN-in beş əməkdaşı xəsarət alıb

Boya zavodunda yanğında FHN-in beş əməkdaşı xəsarət alıb
  • Manşet / Olay

  • Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

    Asiya.az
    -ın məlumatına görə, bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

    Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: "Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

    Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib.

    ***

    00:18


    Asiya.az-ın məlumatına görə, "Sobsan" boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    23:50

    Asiya.az-ın məlumatına görə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovyanğın baş verən əraziyə gəlib.

    ***

    22:24


    Asiya.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

    ***

    22:00


    Hazırda "Sobsan" boya fabrikində yanğın partlayışla davam edir.

    Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

    Əraziyə 5 Təcili Tibbi Yardım briqadasıgöndərilib.

    TƏBİB-dən verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.



    ***

    21:38


    Asiya.az-ın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

    ***

    21:21


    FHN tərəfindən ərazidə yaradılan Qərargahdan verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.

    ***

    21:10


    Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

    ***

    21:03


    Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

    Qərargahdan verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

    ***

    20:48


    Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir.

    AZXEBER.COM-un hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

    Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.



    ***

    20:33


    Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində "Sobsan" boya fabrikində yanğın başlayıb.

    Asiya.az-ın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub.

    FHN-dən faktı təsdiqləyiblər.

    Əlavə məlumat veriləcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər