Millət vəkili Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi üçün adiyatı qurumlara müraciət etdi

Millət vəkili Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi üçün adiyatı qurumlara müraciət etdi
  • Mədəniyyət

  • Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, İstiqlal ordenli Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı bir qrup ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət edərək, köməklik göstərilməsini xahiş etmişdi.

    Müraciətdə, Suraxanı rayonunda yerləşən musiqi məktəblərindən birinə, Bakı şəhərində (yaxud Abşeron rayonunda) küçələrin birinə Xalq artistinin adının verilməsi və onun heykəlinin (yaxud büstünün) qoyulması ilə bağlı konkret təşəbbüs və təkliflər ifadə olunub. Bununla əlaqədar olaraq, Mədəniyyət Komitəsi adından, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Mədəniyyət Nazirinin I müavini, Mədəniyyət Naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət etdik.

    Əlbəttə, Xalq artisti Lütfiyar İmanovun musiqi mədəniyyətimizin inkişafı, dünyada tanıdılması işində böyük xidmətlərini nəzərə alaraq, onun adının əbədiləşdirilməsi həm klassik irsə sayğı, həm də, gənclərin sənətə həvəslənməsi, peşəkarlıq yollarında yorulmadan addımlaması baxımından xüsusi önəm daşıyır.

    Böyük ustadın oğlu Rafiq İmanovla da Mədəniyyət komitəsində görüşdük, geniş fikir mübadiləsi oldu. İnanıram ki, Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı yaxın zamanlarda aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılacaq və böyük ustadın ruhu şad olacaq. Nur içində yatsın böyük sənətkarımız.”
    Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
    PAYLAŞ:

    Oxşar xəbərlər