Asiya.az xəbər verir ki, bu sözləri "Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov "Legiya" komandası ilə oyundan sonra deyib.
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.