Asiya.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisinin əməkdaşında koronavirus aşkarlanıb.
Dərhal kollektivdən təcrid olunan şəxs karantinə alınıb. Komandanın digər üzvlərinin və işçilərinin testi mənfi çıxıb.
Klub UEFA-nın protokoluna əsasən meydana çıxa biləcəyini açıqlayıb. Bunun üçün qitə futbol qurumunun nümayəndəsindən də razılıq alınıb.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.