Millət vəkili qəhrəman şəhidimiz Cavad İbadovun ailəsi ilə görüşdü - FOTO

Millət vəkili qəhrəman şəhidimiz Cavad İbadovun ailəsi ilə görüşdü - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid hərbi qulluqçu Cavad İbadovun qardaşı Cavid İbadzadə ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid qardaşını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, onun salamlarını ailə üzvlərinə çatdırmağı xahiş edib. Şəhidin atası Cabir İbadova ünvanladığı Məktubu Cavid İbadzadəyə təqdim edib.

    Qənirə Paşayevanın şəhid atasına ünvanladığı Məktubda deyilir: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun qardaşısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin oğlunuz artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.

    Biz bilirik ki, sizin oğlunuz həqiqi hərbi xidmətini başa vurduqdan bir müddət sonra, yenidən hərbi qulluğa qayıdıb və Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə xidmət edib. Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olan igid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal Cavada, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

    Cavad kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Şəhidin atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi ilə yanaşı RHİMİB adından da Məktub ünvanlanıb.
    Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
    Millət vəkili qəhrəman şəhidimiz Cavad İbadovun ailəsi ilə görüşdü - FOTO
    Millət vəkili qəhrəman şəhidimiz Cavad İbadovun ailəsi ilə görüşdü - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər