Ey qəhrəman zabitim

Ey qəhrəman zabitim
  • Araşdırma / Hərb

  • Masallı rayonunda yaşayıb-yaradan şair Xudakərim Arif Ordumuzun tağım komandiri, baş leytenant Rövşən Mehtiyevin igidliyinə şeir yazıb.

    Asiya.az həmin şeiri təqdim edir:

    Ey qəhrəman zabitim

    Harayladı vətən, bu torpaq səni,
    Səs verdin ününə Ana vətənin.
    Hünərin çaş saldı cəngdə düşməni,
    Yadına düşdükcə qanlı dünənin,
    Ey qəhrəman zabitim!

    İradə, səbirlə yetdik arzuya,
    Açıldı yollara vurulan qıfıl.
    Qoymadız vətənin köksü qanıya,
    Yenidən canlandı ötən 30 il,
    Ey qəhrəman zabitim!

    Qəlblərdə qəzəblər oda dönüşdü,
    Nifrətlər silahtək atəş açdılar.
    Alovlar içində min yağı bişdi,
    Çaqqaltək önündən qorxub qaçdılar,
    Ey qəhrəman Zabitim!

    Duruşun sərt qaya, çoşmağın dəniz,
    Hər zərbə enişi ildırım kimi.
    Qurtulmaz ərənlər əlindən iblis,
    İtirdi meydanda düşmən hər şeyin,
    Ey qəhrəman zabitim!

    Yurd sənə söykəndi,sən də ki xalqa,
    Bayrağla öpüşdü, vətən göyləri.
    O taylı, bu taylı qalxdıq ayağa,
    Tarix hey anacaq səntək nərləri,
    Ey qəhrəman zabitim!

    Xudakərim Arif
    PAYLAŞ:

    Oxşar xəbərlər