Qarşıdakı illərdə dünyanı təhdid edəcək 10 FƏLAKƏT

Qarşıdakı illərdə dünyanı təhdid edəcək 10 FƏLAKƏT
  • Dünya

  • "Eurasia Group” konsaltinq şirkəti "dövlətlər, dünya siyasəti, sənayesi və institutları” üçün ilk 10 riskin siyahısını tutub.

    Asiya.az
    xəbər verir ki, xarici agentliklərin yazdığına görə siyahının başında "Amerikanın parçalanması” perspektivi gəlir.

    Ekspertlərin fikrincə, Co Baydenin Ağ Evə yiyələnməsi ölkədə legitimlik problemini özü ilə bərabər gətirəcək. Belə ki, vətəndaşlaırn yarısı və prezident Tramp onun düzgün yolla seçildiyinə inanmırlar, bu da Birləşmiş Ştatlar tarixində unikal hadisə hesab olunur.

    Əhəmiyyətinə görə ikinci yerdə COVİD-19 virusu və onun insanların həyatında yaratdığı fəsadlar sayıla bilər.

    Ekspertlər bununla bağlı olaraq peyvəndlərin paylanması məsələsinin önəmini vurğulayıblar. Onlaırn rəyinə əsasən, həmin məsələ həm dövlətlərin öz aralarında, həm də daxildə "varlı-kasıb münaqişəsi” doğuracaq.

    Üçünücü sırada iqlim dəyişikliyi ilə mübarizə və onun beynəlxalq əməkdaşlıq, habelə rəqabətə göstərəcəyi təsirlər gəlir.

    Dördüncü yerdə ABŞ-Çin gərginliyinin artması qərarlaşıb.

    Beşinci və altıncı sıralarda "rəqəmsal təhdidlər”, "qlobal kibermünaqişənin qızışması” dayanır.

    Yazıda Türkiyə iqtisaiyyatını pisləşməsinin dünyanı təhdid edə biləcək risklərdən biri kimi göstərilməsi xüsusilə maraq doğurur.

    Ekspertlər həmçinin neftin qiymətinin düşməsi ilə Yaxın Şərq ölkələrində iqtisadiyyatın zəifləməsini ciddi təhlükə olaraq dəyərləndiriblər.

    Bundan başqa, Almaniya kansleri Angela Merkelin mümkün istefası, habelə Latın Amerikası dövlətlərində iqtisadi-sosial vəziyyətin bərbad hala düşməsi də ciddi təhdidlərin sırasında göstərilib. /Musavat.com
    PAYLAŞ:

    Oxşar xəbərlər