Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb - FOTO

Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb.

    “Azvirt MMC”nin ekskavator maşinistləri - Sumqayıt şəhər sakini İlqar Köçəri oğlu Həşimov və Tovuz rayon, Azaflı kənd sakini Elsevər Maarif oglu Abdullayevlə görüşən Q.Paşayeva onları düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, yeni təqvim ilində yeni uğurlar diləyib:

    "Siz, 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz tarixi zəfərdə öz töhfələri ilə iştirak etmiş mülki vətəndaşlarımızsız. Siz, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocəvənd, Şusa istiqamətlərində gedən döyüşlər vaxtı, sizə təhkim olunmuş texnika vasitəsi ilə operativ mühəndis istehkam qurğularının yaradılmasında fədakarlıqla iştirak etmisiz.
    Sizlərin də öz töhfələrinizlə iştirak etdiyiniz Vətən Müharibəsi Ordumuzun qələbəsi ilə sonuclanıb, şəhidlərimizin qanı yerdə qalmayıb.
    Sizi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edir, sizə möhkəm can sağlığı, yeni uğurlar diləyirəm"!

    "Avirit MMC" əməkdaşları İlqar Həşimov və Elsevər Abdullayev səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib.
    Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb - FOTO
    Qənirə Paşayeva Vətən Müharibəsində itkilərimizin az olmasında rol oynamış mülki vətəndaşlarla görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər