Qənirə Paşayeva Milli Qəhrəman Əliyar Əliyevin qızı ilə görüşüb - FOTO

Qənirə Paşayeva Milli Qəhrəman Əliyar Əliyevin qızı ilə görüşüb - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Milli Qəhrəman Əliyar Əliyevin qızı Pərvanə Haşımova ilə Milli Məclisdə görüşüb.

    Asiya.az
    xəbər verir ki, millət vəkili Əliyar Əliyevin qızını tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

    “Sizi, Sizin timsalınızda bütün Milli Qəhrəman və şəhid ailələrini torpaqlarımızın düşmən işğalından azad olunması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Qəhrəman Vətən oğullarının fədakarlığı sayəsində xalqımızın 30 illik həsrətinə son qoyulub.
    I Qarabağ müharibəsində fədakarlıqla iştirak edib, qəhrəmanlıqlar göstərən Əliyar Əliyevin ruhu bugün şaddır, onun yetirmələri, silahdaşları, doğmaları da Vətən Müharibəsində döyüşdü, qələbəmizə öz xüsusi töhfələrini verdi.

    Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik!

    Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid ailələrisiz.

    Sizi bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

    Qənirə Paşayeva şəhid Milli Qəhrəmanının qızına Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.

    Qəhrəmanın qızı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
    Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
    Qənirə Paşayeva Milli Qəhrəman Əliyar Əliyevin qızı ilə görüşüb - FOTO
    Qənirə Paşayeva Milli Qəhrəman Əliyar Əliyevin qızı ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər