Qənirə Paşayeva şəhid Toğrul Hacıyevin ailəsi ilə görüşüb - FOTO

Qənirə Paşayeva şəhid Toğrul Hacıyevin ailəsi ilə görüşüb - FOTO
  • Sosial

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi, Füzuli rayon 3 saylı Uşaq Musiqi məktəbində tar müəllimi olmuş Toğrul Hacıyevin atası Rüfət Hacıyevlə Mədəniyyət Komitəsində görüşüb.

    Asiya.az
    xəbər verir ki, Millət vəkili şəhid mədəniyyət işçisinin ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

    “Əziz şəhid atası,
    Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid əsgərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Oğlunuz, Vətən Müharibəsində iştirak edərkən Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib. Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    Toğrul kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

    Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz, tapınaqlar Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
    Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

    Şəhid mədəniyyət işçisinin atasına Mədəniyyət Komitəsi adından Məktub təqdim edilib.
    Qənirə Paşayeva şəhid Toğrul Hacıyevin ailəsi ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər