Vilayət Eyvazov Sadiq Gözəlovu işdən çıxardı

Vilayət Eyvazov Sadiq Gözəlovu işdən çıxardı
  • Siyasət

  • Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru vəzifəsindən azad edilib.

    Asiya.az
    -ın verdiyi xəbərə görə, fondun direktoru, polis polkovniki Sadiq Gözəlov Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə işdən çıxarılıb.

    Qeyd edək ki, S.Gözəlov 2017-ci ildə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən təqaüdə göndərilmişdi. Daha sonra isə qeyd edilən mülki vəzifəyə təyin edilmişdi.

    Onun yerinə isə polis polkovniki Ehsan Zahidov təyin edilib. Bu yaxınlarda isə Bakı polisinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev nazirliyin mətbuat xidmətinin şöbə rəisi vəzifəsinə gətirilib.//Qafqazinfo
    Vilayət Eyvazov Sadiq Gözəlovu işdən çıxardı
    PAYLAŞ:

    Oxşar xəbərlər