Prezident həkim döyüşçünü təltif etdi

Prezident həkim döyüşçünü təltif etdi
  • Cəmiyyət / Manşet

  • Prezident İlham Əliyev bu gün hərbi qulluqçuların təltif olunması ilə bağlı sərəncam imzalayıb.

    Asiya.az
    xəbər verir ki, Dövlət başçısının sərəncamı ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup hərbçimiz Şuşanın, Xocavəndin, Suqovuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Qubadlının, Füzulinin, Cəbrayılın və Zəngilanın azad olunmasında xidmətlərinə görə, təltif olunublar.

    Təltif olunanların arasında Vətən müharibəsinin ilk könüllü döyüşçülərindən olan – həkim Ağa Məmmədağa oğlu Ağazadə də yer alıb. Prezidentin sərəncamı ilə Ağa Ağazadə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

    Xatırladaq ki, Ağa Ağazadə Masallı rayonu Ərkivan kəndində anadan olub. Tibb Universitini bitirdikdən sonra Bakı şəhərində həkim işləyir. Ziyalı ailəsində böyüyüb boya-başa çatan Ağanın atası tanınmış riyaziyyatçı və məktəbşünas, Masallı rayonu Ərkivan qəsəbəsi Əlvan Bağırov adına 4 saylı tam orta məktəbin direktoru Məmmədağa Sadıqovdur.

    Ağa ağır döyüşlər zamanı həkim olaraq çoxlu sayda əsgər yoldaşını ölümün pəncəsindən xilas edib. Dəfələrlə ölümlə üz-üzə qalsa da, möcüzə nəticəsində həyatda qalıb. Vətən müharibəsi başladığı ilk günlərdən müharibəyə yollanan ilk könüllü döyüşçülərdən olub.

    Ağanı təbrik edir, onun timsalında vətən qoxuyan bütün qəhrəmanlarımızı təbrik edirik!
    PAYLAŞ:

    Oxşar xəbərlər