Masallıda asfaltlama işləri davam edir

Masallıda asfaltlama işləri davam edir
  • Sosial / Manşet

  • Masallı rayonunun Böyük Kolatan kəndində asfaltlama işləri davam edir.

    Masallı rayonunun Böyük Kolatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səyavuş Ağayevin Asiya.az-a verdiyi məlumatda bildirilir ki, Rusiya Federasiyasında yaşayan kolatanlıların vəsaiti hesabına kəndin iki küçəsində asfaltlama işi həyata keçirilib.

    Belə ki, kənddə küçələrin birinə 300, digərinə 100 metr uzunluğunda asfalt döşənib.

    Qeyd edək ki, Böyük Kolatan kənd sakinləri bu xeyriyyəçiliyi təqdir ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər