Hücum başladı: ABŞ Suriyanı vurdu-VİDEO

Hücum başladı: ABŞ Suriyanı vurdu-VİDEO
  • Dünya / Siyasət

  • ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.

    Asiya.az xəbər verir ki, hücum zamanı Dəməşq, Xama, Xüms, Dera və Seveyda şəhərlərində yerləşən hədəflər bombalanıb.

    Məlumata görə, paytaxt Dəməşq şəhərində də bir çox mövqe zərbəyə tuş gəlib. Mezze hava limanı, 41-ci briqadanın araşdırma mərkəzi vurulan obyektlər arasında göstərilib.

    Hücum zamanı ABŞ-ın "Tomahavk” tipli raketlərdən istifadə etdiyi bildirilib. Suriya Hava Hücumundan Müdafiə dəstələri qarşılıq verib.

    Dəməşqdə bir sıra yerli mənbələr paytaxtdakı elmi-araşdırma mərkəzinin də vurulduğunu qeyd edib. Suriya tərəfinin açıqlamasına görə Kisva bölgəsində müttəfiqlərin atdığı 13 raket zərərsizləşdirilib.

    Qərbin raket zərbələri nəticəsində 3 mülki şəxs yaralanıb.

    Bu barədə Suriya Baş Qərargahı məlumat yayıb.

    ABŞ Əsəd rejiminin Dumada kimyəvi silah istifadə etdiyinə "əmin” olduğunu açıqlayıb.

    Ağ Ev sözçüsü Sara Sanders bildirib ki, keçən həftəsonu Dumada dinc əhaliyə qarşı təşkil edilən hücumun Əsəd rejimi tərəfindən həyata keçirildiyindən əmindirlər.

    "Rusiyanın Suriyaya əngəl olmaması da problemin bir parçasıdır”.

    Ağ Evin hücumla bağlı yaydığı məlumatlar isə qısaca belədir:

    "ABŞ Suriya rejiminin 7 aprel 2018-ci ildə Dumada onlarla uşaq, qadın və kişini öldürən, yüzlərlə insanın yaralanmasına səbəb olan hücumda kimyəvi silahdan istifadə edildiyindən əmindir.

    Bu nəticəyə hücuma dair xəbərlər, qurbanlarda müşahidə olunan simptomlar, hücumdan sonra iki kimyəvi bombanın görüntüsü olan video və fotoşəkillər, Suriya əsgərləri arasında koordinasiyanı göstərən etibarlı məlumatlar sayəsində gəlinib.

    Məlumat ların çoxu Dumadakı bombardmanda rejimin xlor qazı istifadə etdiyini göstərdiyi halda, rejiminj eyni zamanda sarin qazı istifadə etdiyini göstərən dəlillər var.

    Bu, fərdi bir hadisə deyil. Suriya rejiminin kimyəvi silah proqramını sonlandırdığını elan etdikdən sonra da ondan istifadə etdiyini göstərən faktlar mövcuddur.

    7 apreldə hadisə şahidləri Dumada spesifik Mi-8 helikopteri gördüklərini bildiriblər. Bu helikopter rejimin Dumayr hava bazasından qalxıb. Şahidlər bildirib ki, helikopter bir neçə bomba atıblar. Rejim ölkədəki müharibə müddətində bu taktikadan çox istifadı edib. Onlar fərq qoymadan, bütün dincə əhalinin məhvinə çalışırlar.

    Dumaya atılan bombalar rejimin əvvəl atdıqları kimyəvi silahlarla eynidir. Xlorin tərkibli olduğu müəyyənləşdirilən kimyəvi maddənin koordinasiyasında Suriya ordusuna məxsus şəxslər yer alıb.

    Həkimlər və sağlıq quruluşları hücumdan sonra kəskin xlor qazı qoxusu təsbit ediblər.

    Rusiya Əsəd rejiminə səssiz qalmaqla bərabər, İngiltərədə sui-qəsd təşəbbüsündə kimyəvi maddədən istifadə edib, bununla göstərib ki, kimyəvi silahlarla bağlı tabuya hörməti yoxdur”.

    Suriya prezidenti Bəşər Əsəd ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələrinin endirdiyi raket zərbələrinin hədəfi deyildi.


    TASS-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Ceyms Mettis jurnalistlərə açıqlamasında deyib.

    Suriyaya endirilən zərbələrdən sonra ölkə başçısı Bəşər Əsədin paytaxt Dəməşq şəhərində olduğu açıqlanıb.


    Bu barədə Suriyanın Prezident Administrasiyası informasiya yayıb.

    Vurğulanıb ki, Bəşər Əsədin Dəməşqdəki prezident sarayındadır.

    Suriyaya hücumda İran milisləri və “Hizbullah” vurulub

    ABŞ, İlgiltərə və Fransanın atdığı raketlərin vurduğu nöqtələr arasında Küseyrdəki "Hizbullah” ünsürləri və Deradakı İran qüvvələri də var.

    Əsəd rejiminin Şərqi Qutada kimyəvi silahlarla dinc əhaliyə qarşı hücumu ABŞ, İngiltərə və Fransa tərəfindən cavabsız qalmayıb.

    Onlar Suriyanın paytaxtı Şam, Hama, Humus, Dera və Süveyda əyalətlərində hərbi nöqtələri bombalayıblar.

    "Anadolu” agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampın hücum əmrindən sonra Şamdakı Cümhuriyyət Keşikçiləri, Dümeyr Hava Limanı, Şam Beynəlxalq Hava Limanın ətrafı, Ceməyrə Elmi Araşdırmalar Mərkəzi, Kaysun dağındakı hava mühafizə sistemləri, Kisvə və Kalamun bölgələrindəki hərbi nöqtələr vurulub.

    Rejimin idarəçiliyində olan Hama Hava Limanı, Humus əyalətinin Küseyr bölgəsində "Hizbullah” qüvvələri, Derada 89-cu Tuqay olaraq tanınan İran qüvvələri və bəzi hərbi nöqtələr, Süveyda əyalətində Hava Limanı və Dera əyalətinin İzra bölgəsindəki hədəflər məhv edilib.

    Bu arada, Əsəd rejiminə məxsus media orqanları hava mühafizə birliklərinin qarşılıq verərək bəzi raketləri havada zərərsizləşdirdiyinə dair xəbərlər yayıblar.

    Hücum başladı: ABŞ Suriyanı vurdu-VİDEO

    ABŞ, Fransa və İngiltərə Suriyada 10 obyektə zərbə endirib.

    Bu barədə Rusiya mətbuatı Suriyadakı hərbi mənbələrə istinadla xəbər yayıb.

    Hədəfə alınan obyektlərin siyahısı belədir:

    1. Respublika Qvardiyasının qərargahı. 105 saylı briqada (Dəməşq)

    2. Mezza hava limanı (Dəməşq)

    3. Barzada elmi-hərbi mərkəz (Dəməşq)

    4. Kasyon dağında yerləşən hava hücumundan müdafiə bazası (Dəməşq)

    5. Dumeyr aerodromu (Şərqi Quta)

    6. Cumeyrada elmi mərkəzin mənzil qərargahı (Dəməşq ətrafı)

    7. Kalamundak hərbi birləşmələr (Dəməşqin şimal ətrafı)

    8. 41 saylı xüsusi təyinatlılar briqadası (Dəməşq ətrafı)

    9. Kisvada hərbi obyektlər (Dəməşq ətrafı)

    10. Xümsdə hərbi anbarlar.

    Rəsmi Dəməşq koalisiyanın endirdiyi zərbələrlə hədəfinə çatmadığını açıqlayıb.

    Fransa Prezident Administrasiyası Suriyaya zərbə üçün qalxan qırıcıların görüntüsünü rəsmi səhifəsində paylaşıb.

    Britaniya 4 "Tornado” qırıcısı ilə zərbə endirdiyini açıqlasa da, Fransa video yaymasına rəğmən, hücuma keçən hərbi təyyarələrinin sayı və haradan qalxdığı barədə açıqlama verməyib.

    Fransanın Xarici İşlər naziri Jan İv Le Drian deyib ki, Paris Suriya ilə bağlı daha əvvəl verdiyi sözlərə əməl edərək, müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edib.


    PAYLAŞ:

    Oxşar xəbərlər