Ən qısa və ən uzun müddət oruc tutan ölkələr - SİYAHI

Ən qısa və ən uzun müddət oruc tutan ölkələr - SİYAHI Ramazanın girməsiylə müsəlmanların yaşadığı bütün ölkələrdə oruc tutma müddətləri açıqlanıb. Şimaldan cənuba doğru azalan gün işığının qalma müddətinə görə bəzi yerlərdə orucun tutulma müddəti də artıb. Ramazan dünyanın Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız fəslinin yaşandığı bir vaxta təsadüf edib.

Belə ki Ramazanın ilk günündə 68 dərəcə şimal enliyində yerləşən Rusiyanın Murmansk şəhərində sahurla iftar arasındakı müddət 20 saat 45 dəqiqə olub. Bu müddət bu ilki Ramazanda ən uzun oruc tutma kimi qeydə alınıb. 54 dərəcə cənub enliyində yerləşən Argentinanın Uşuaya şəhərində sahurla iftar arasındakı müddət 11 saat davam edir. Bu ölkə isə ən qısa oruc tutma müddəti kimi bu il diqqətdədir.

Beləliklə, coğrafi yerləşimdən asılı olaraq, şimalda yaşayan müsəlmanlar cənubdakılarla müqayisədə daha uzun müddət oruc tuturlar.

Bir çox ölkələrin oruc tutma müddətlərini təqdim edirik:


İslandiyanın paytaxtı Reykyavikdə 19 saat 26 dəqiqə;
Norveçin paytaxtı Osloda 18 saat 43 dəqiqə;
İsveçin paytaxtı Stokholmda 18 saat 38 dəqiqə;
Şotlandiyanın paytaxtı Edinburqda 18 saat 14 dəqiqə;
Danimarkanın paytaxtı Kopenhagendə 18 saat 12 dəqiqə;
Almaniyanın paytaxtı Berlində 17 saat 54 dəqiqə;
İngiltərənin paytaxtı Londonda 17 saat 51 dəqiqə;
Fransanın paytaxtı Parisdə 17 saat 9 dəqiqə;
Rusiyanın paytaxtı Moskvada 16 saat 23 dəqiqə;
Kanadanın paytaxtı Ottavada 15 saat 58 dəqiqə;
İtaliyanın paytaxtı Romada 15 saat 55 dəqiqə;
Yunanıstanın paytaxtı Afinada 15 saat 48 dəqiqə;
İranın paytaxtı Tehranda 15 saat 26 dəqiqə;
ABŞ-ın paytaxtı Vaşinqtonda 15 saat 21 dəqiqə;
Livanın paytaxtı Beyrutda 15 saat 14 dəqiqə;
İraqın paytaxtı Bağdadda 15 saat 14 dəqiqə;
Pakistanın paytaxtı İslamabadda 15 saat 14 dəqiqə;
Qüdsdə 15 saat 6 dəqiqə;
Misirin paytaxtı Qahirədə 15 saat 6 dəqiqə;
Hindistanın paytaxtı Yeni Dehlidə 14 saat 51 dəqiqə;
Səudiyyə Ərəbistanının paytaxtı Riyadda 14 saat 37 dəqiqə;
Efiopiyanın paytaxtı Əddis-Ədəbədə 13 saat 44 dəqiqə;
Keniyanın paytaxtı Nayrobidə 13 saat 17 dəqiqə;
Braziliyanın Rio de Janeyro şəhərində 12 saat 28 dəqiqə;
Cənubi Afrikanın Keyp Taun şəhərində 12 saat 4 dəqiqə;
Çilinin paytaxtı Santiaqoda 12 saat 4 dəqiqə;
Argentinanın Buenos Ayres şəhərində 12 saat 2 dəqiqə;
Qeyd edək ki, Azərbaycanda sahurla iftar arasındakı müddət 16 saat 2 dəqiqədir.TurpKimi.com

Oxşar xəbərlər