Azərbaycanda seçki keçiriləcək bələdiyyələrin SİYAHISI

Azərbaycanda seçki keçiriləcək bələdiyyələrin SİYAHISI Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-nə təyin edilib.

Asiya.az xəbər verir ki, bu barədə qərar oktyabrın 18-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası zamanı qəbul olunub.

Bələdiyyə seçkiləri işğal altındakı 7 seçki dairəsi istisna olmaqla, ümumilikdə 118 seçki dairəsini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər.

Seçkilər günü 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikası vətəndaşlarının bələdiyyələrə üzv seçmək hüququ vardır. 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşları isə bələdiyyələrə üzv seçilə bilərlər.

Azərbaycan Respublikasında seçki keçiriləcək bələdiyyələrin SİYAHISI ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər