Cəmil Həsənli Vaşinqtondan çağırış etdi: "2 noyabr mitinqi..."

Cəmil Həsənli Vaşinqtondan çağırış etdi: "2 noyabr mitinqi..."
  • Siyasət / Manşet

  • Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının (MŞ) sədri Cəmil Həsənli Milli Şuranın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınmasını təklif edib.

    Asiya.az xəbər verir ki, C.Həsənli bu barədə "Facebook" hesabında yazıb.

    C.Həsənli razılaşdırılmamış aksiyanın təxirə salınması üçün Milli Şuranın Koordinasiya Şurası və AXCP-nin təcili müzakirə aparmalı olduğunu vurğulayıb.

    Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. Bundan sonra DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər