Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR

Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
  • Siyasət, Araşdırma, Manşet, Asiya TV


  • 18 saylı dairənin favoriti məlum oldu.

    Asiya.az xəbər verir ki, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş deputatlığa namizəd Xudaqulu Rzayevin dairənin ərazisində seçicilərlə izdihamlı görüşləri davam edir.

    “Sizin arzularınız bizim işimizdir” deyib yola çıxan, hələ deputat olmamışdan öncə yüzlərlə ailəyə yardım əlini uzadan, onlara dayaq duran, xeyriyəçilik fəaliyyətini nəinki özü, başqalarının yaymasına icazə verməyən, O zamanlar Azərbaycan KP MK-nin birinci katibi olan Ulu Öndər Heydər Əliyevin ittifaq dövlətlərinə təhsil almaq üçün göndərdiyi gənclərdən olan Xudaqulu Rzayevin təbliğat-təşviqat kampaniyasına olan xüsusi maraq, hər görüşünə yüzlərlə seçicinin qatılması, dairənin ərazisində olan qələbəlik ruhu əminliklə söyləməyə əsas verir ki, artıq bu dairədə seçkilərin favoriti məlumdur. Xudaqulu Rzayevin Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, ölkəmizin gələcəyi olan uşaqlara, sosial qayğılardan əziyyət çəkən vətəndaşlara xüsusi diqqət göstərməsi, onları vaxtaşırı ziyarət etməsi onun gələcəkdə deputat kimi uğurlu fəaliyyətindən xəbər verir.

    X.Rzayev 18 saylı dairənin ərazisində yaşayan şəhid Elçin İsaqzadənin büstünü və ardınca şəhid anası Simuzər Məmmədovanı ziyarət edib. Görüş zamanı şəhid anası bildirib ki, Xudaqulu Rzayev xalqını, dövlətini sevən, vətəninə və millətinə bağlı namizəddir və onun deputat seçilməsi bütün seçicilərin qələbəsi olacaq: “Qurban olum Allahın məsləhətinə, hər zaman nə istəmişəmsə, onu mənə verib. Xudaqulu da mənim övladımdır, onun kimi ləqayətli oğullarımızın deputat seçilməsi bizim qürur mənbəyimizdir”.

    Dairənin ərazisində yaşayan gənclərlə görüş zamanı deputatlığa namizəd keçdiyi həyat yolundan danışıb, öz təcrübəsini gənclərlə bölüşüb. Gənclərə öz tövsiyyələrini verən X.Rzayev bildirib ki, əsas məsələ vətənini qəlbən sevmək, onun uğrunda hər bir fədakarlığa hazır olmaqdır:

    “Bu gün Azərbaycan inkişaf edir. Əgər düşmən görsə ki, biz hamılıqla mübarizə əzmindəyik, o zaman bizə nə tank, nə də silah lazım deyil. Mən buradan üzümü gənclərə tutub demək istəyirəm ki, vətəninizi sevin və onun uğrunda ən ağır məhumiyyətlərə hazır olun. Əgər belə olarsa biz artıq mənəvi qələbəni təmin etmiş olarıq”. Görüş zamanı çıxış edən gənclər bildiriblər ki, X.Rzayev ölkə təhsilinin inkişafına xüsusi diqqət ayırıb və 9 fevral seçkilərində hamılıqla Xudaqulu Rzayevə səs verəcəklər.

    Daha sonra dairənin ərazisində yaşayan şagirdləri ziyarət edən X.Rzayev onlarla fikir mübadiləsi aparıb. “Vətəni sevməyən insan olmaz, olsa da, o şəxsdə vidan olmaz” deyən deputatlığa namizəd şagirdlərə vətəni sevməyin üstünlüklərindən bəhs edib.

    Şəhid Elçin İsaqzadənin anası Nisə İsaqzadə deputatlığa namizədlə öz evində görüşüb və deyib ki, o ziyarətgaha gedərkən Xudaqulu Rzayevin şəklini görüb. Xudaqulu ilə Elçin arasında sanki bir doğmalıq, yaxınlıq hiss etdim və bir şəhid anası olaraq bütün seçiciləri qarşıdan gələn seçkilərdə Xudaqulu Rzayevə səs verməyə çağırıram.

    Sakinlərlə ümumi görüş zamanı çıxış edən seçicilər qeyd ediblər ki, Xudaqulu Rzayev qurucu insandır və ərsəyə gətirdiyi layihələr şəhərə xüsusi gözəllik verir. Dairənin ərazisində 30 ildən artıqdır yaşadığını və işlədiyini deyən X.Rzayev söyləyib ki, seçicilərlə onun arasında qəribə bir doğmalıq yaranıb: “Mən bunu seçicilərlə keçirdiyim görüşlər zamanı aydın hiss etdim. Çox sağolun ki, mənə etimad göstərir, dəstək verirsiniz. Mən sizin etimadınızı doğrultmağa çalışacam”.

    Görüş zamanı ölkədə həyata keçirilən islahatlardan danışan namizəd bildirib ki, bu islahatların mahiyyətində idarəetmə sisteminə yeni nəfəs gətirilməsi, istər icraedici, istərsə də qanunverici hakimiyyət qollarının müasirləşməsi dayanır. Cənab Prezident İlham Əliyev və Birinci Vitse-Preziden Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu islahatlar Azərbaycan dövlətinin güclənməsinə ölkəmizin büynəlxalq miqyasda önəmli artmasına səbəb olacaq. Mən buradan üzümü bütün seçicilərə tutaraq, onları 09 fevral seçkilərində hamılıqla Azərbaycanın dünəninə, bu gününə və sabahına – Yeni Azərbaycan partiyasının namizədlərinə səs verməyə çağırıram!




    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    Hamı ondan danışır: Şəhid anası da, gənc də, ağsaqqal da - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər