Polis əməkdaşı narkotiklə saxlanıldı? - RƏSMİ

Polis əməkdaşı narkotiklə saxlanıldı? - RƏSMİ
  • Hadisə

  • Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

    Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: "Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

    Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindəön saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb. (unikal.org)
    PAYLAŞ:

    Oxşar xəbərlər