"Bundan sonra da sizi ləyaqətlə təmsil edəcəm” - Qənirə Paşayeva

"Bundan sonra da sizi ləyaqətlə təmsil edəcəm” - Qənirə Paşayeva
  • Siyasət

  • Qənirə Paşayeva Tovuzun ön cəbhədə yerləşən Əlibəyli kəndində şəhid ailələri, müharibə əlillərini ziyarət edib və seçicilərlə görüşüb.

    Asiya.az xəbər verir ki, 46 şəhid vermiş bu kəndi məhəllə-məhəllə gəzən Qənirə Paşayeva həm də şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşüb, fikir mübadiləsi aparıb.

    Qənirə Paşayeva ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və Qarabağ qazilərinə dəstək və qayğısını yada salıb, şəhid ailələri və qazilərə göstərilən dəstəkdən danışıb və bu kateqoriyadan olan insanların daimi dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. O qeyd edib ki, cənab Prezidentin şəhid ailələrinin və qazilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlər, onlara verilən avtomobillər, həmçinin 2019-cu ildə göstərilən birdəfəlik yardım dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə və Qarabağ veteranlarına hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

    Q.Paşayeva görüş zamanı ötən 14 illik deputat fəaliyyəti barədə də danışıb, hər zaman seçicilərinin yanında olduğunu, onlarla vaxtaşırı görüşdüyünü, qayğı və problemlərinin həlli ilə bağlı rəsmi qurumlara müraciətlər etdiyini və inkanı daxilində bu problemlərin həllinə çalışdığını, müalicəyə ehtiyacı olanlara dəstək olmağa çalışdığını bildirib:

    “Deputatlıq fəaliyyətimdə var gücümlə sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam və əgər siz mənə təkrar etimad göstərərsinizsə, bundan sonra da sizi ləyaqətlə təmsil edəcəm”.

    Görüşdə Qənirə Paşayeva yeni seçki platformasını da açıqlayıb, sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O bildirib ki, seçkilərdə vətəndaşların fəal iştirakı onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfədir.

    Görüş zamanı seçicilər Qənirə Paşayevanın hər zaman Milli Məclisdə onları narahat edən problemləri qaldırdığını, daim yanlarında olduğunu deyiblər və bildiriblər ki, onların seçimi Qənirə Paşayevadır.

    Q.Paşayeva görüş zamanı kənd sakinlərini narahat edən bəzi problemləri də dinləyib və qaldırılan təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyini deyib.


    "Bundan sonra da sizi ləyaqətlə təmsil edəcəm” - Qənirə Paşayeva
    "Bundan sonra da sizi ləyaqətlə təmsil edəcəm” - Qənirə Paşayeva
    PAYLAŞ:

    Oxşar xəbərlər