Millət vəkili Məşhur Məmmədovun Novruz bayramı təbriki

Millət vəkili Məşhur Məmmədovun Novruz bayramı təbriki
  • Cəmiyyət / Manşet

  • VI çağırış Milli Məclisə seçkilərdə 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məşhur Məmmədov Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

    Məşhur Məmmədov Asiya.az-a danışarkən vətəndaşlara dünyanı ağuşuna alan COVİD-2019 koronavirusundan qorunmağı, xüsusən də Novruz bayramı ərəfəsində kütləvi tədbirlərdən çəkinməyi, şəxsi gigiyenik qaydalara əməl etməyi tövsiyə edib. .

    “Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.
    Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib. Bununla əlaqədar respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri də ləğv edilib.
    Gəlin bu Novruz bayramını öz evimizdə, ailəmizin yanında, sağlam olaraq keçirək.

    Hər birinizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bahar əhvali-ruhiyyəsi, cansağlığı, sağlam həyat və gələcək işlərinizdə uğurlar arzulayıram.

    Həmrəyliyimizin rəmzi bu bayram qoy hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.
    Novruz bayramınız mübarək olsun!"
    PAYLAŞ:

    Oxşar xəbərlər