Sahibkarlar Zakir Fərəcovla bağlı kampaniya başlatdılar: "HAQQIMIZI YEMƏ, PULUMUZU VER!"

Sahibkarlar Zakir Fərəcovla bağlı kampaniya başlatdılar: "HAQQIMIZI YEMƏ, PULUMUZU VER!"
  • Araşdırma / Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, bir qrup sahibkarla Sumqayıtın icra başçısı Zakir Fərəcov arasında borc qalmaqalı yaşanır.

    Belə ki, 2016-cı ildə Sumqayıt Dənizkənarı Bulvar və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən iş adamları indiyə qədər 8 milyon manat pullarını ala bilmirlər.

    Asiya.az xəbər verir ki, yaranmış problemə əlaqədar sahibkarlar müvafiq dövlət qurumlarına müraciət ediblər. Lakin indiyə qədər borc məsələsi həllini tapmayıb.
    Məsələ ilə bağlı jamaz.info-ya açıqlama verən iş adamları bildiriblər ki, onlar borcla əlaqədar Zakir Fərəcovla yenidən görüşmək istəyiblər. Lakun icra başçısı onları qəbul etməkdən imtina edib. Bəhanə kimi isə koronavirus pandemiyasını göstərib. Ki, belə kütləvi görüşlər yoluxma halını artıra bilər və risklidir.

    "Biz koronavirusla bağlı riskin fərqindəyik. Dövlətimizin verdiyi qərarlara utğun şəkildə davranaraq, karantin rejiminə maksimum əməl edirik. Zakir Fərəcov isə bunu bəhanə edib, bizimlə görüşmək istəmir. Çünki görüşməyə üzü yoxdur. İndi nə deyəcək, daha hansı yalanı danışacaq? Ona görə də, borcumuzu qaytarmaq istəmədiyi üçün koronavirusu bəhanə gətirir".

    Sahibkarlar deyirlər ki, çarəsiz duruma düşüblər. Borclarını ala bilmədiklərindən ciddi maliyyə çətinliyi ilə üzləşiblər. Əgər proses davam edərsə və Zakir Fərəcov pullarını qaytarmasa, bir çixlarının müflis olmaq, bəzilərinin isə fəaliyyətlərini dayandırmaq riski var.

    "Zakir Fərəcov tikinti şöbəsinin müdiri Adil Xudadatovla əlbir olub, dövlətin ayırdığı və bizə çatacaq pulları mənimsəyiblər. Bu gün də bizimlə təhdid və hədə dilində bu iki adam danışır. Bu adamların işləri araşdırılmalıdır. Əgər araşdırılarsa, bizdən başqa daha neçə-neçə sahiblara böyük ziyanlar vurduqları üzə çıxacaq".

    İş adamları onu da bildiriblər ki, artıq sosial şəbəkələrdə onların haqqlarını tapdayan, pullarını yeyən icra başçısı Zakir Fərəcov və onun "sağ əli" olan Adil Xudadatovla bağlı kampaniyaya start veriblər. Kampaniyanın adı isə "Haqqımızı yemə, pulumuzu ver" adlanır.

    "Məqsədimiz Zakir Fərəcov və onun kimi məmurların başımıza gətirdiyi oyunla bağlı həm dövlət qurumlarını, həm də cəmiyyəti məkumatlandırmaqdır. Sumqayıtın icra başçısı bizə başqa yol qoymur. Qoy, cəmiyyətimiz görsün ki, Fərəcov və əyan-əşrəfi fəhlənin, iş adamının başına hansı oyunları açır. Bu adamın qarşısı alınmalıdır, yoxsa, dövlətə və insanlara daha çox zərər verməkdə davam edəcək".
    PAYLAŞ:

    Oxşar xəbərlər