Çaya əlavə edilən qida həm onun dadını, həm də faydasını artırır.
Bu təbii məhsullardan biri də çayın təsirini gücləndirən mixəkdir.
– Çaya 2 mixək əlavə etməklə baş, diş kimi ağrılardan xilas ola bilərsiniz.
– Antioksidantlarla zəngin olan mixək orqanizmin müdafiə mexanizmini dəstəkləyərək immunitet sistemini gücləndirir.
– Mixəyin aromatik quruluşu sinir sistemini sakitləşdirərək stress və narahatlığı aradan qaldırır.
– Antibakterial xüsusiyyətləri sayəsində mixək ağız qoxusunu aradan qaldırmağa və diş ətinin sağlamlığını qorumağa kömək edər.
– Çaya qatılan mixək orqanizmi sakitləşdirir.
– Mixək həzmi dəstəkləyən və mədə narahatlığını aradan qaldırmağa kömək edən komponentləri ehtiva edir.