Şirvanın icra başçısı seçki qanunlarını belə pozur:Qutudan Heydər Əsədov çıxmalıdır

Şirvanın icra başçısı seçki qanunlarını belə pozur:Qutudan Heydər Əsədov çıxmalıdır
  • Araşdırma / Cəmiyyət

  • İcra başçısı 51 saylı seçki dairəsinin bütün məntəqələrinin sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırıb.

    Yenixeber.org: Bu haqda 51 saylı seçki dairəsindən düputatlığa nazmizəd, jurnalist Payman Sadıqov FB səhifəsində yazıb: 

    Hörmətli media nümayəndələri!
    Bu gün səhər saatlarından Şirvan şəhərinin sayılıb-seçilən ziyalılarından mənə gələn çoxsaylı zənglər gəlib. Hər biri telefonda danışarkən qeyd edir ki, icra başçısı 5-ci gün 51 saylı seçki dairəsinin bütün məntəqələrinin keçmiş sədrlərini və üzvlərini toplayaraq, Heydər Əsədova dəstək olmaqlarını və onun seçilməsi üçün var gücləri ilə çalışmalarını tapşırığını vermişdir. Həmçinin görüşdə Şirvanın bir qrup ziyalıları iştirak edib. Görüşdə iştirak edən hər kəsə qəti tapşırıq verilib ki, Heydər Əsədova səs verilməli və onun deputat olması üçün insanları səfərbər etməliyik.
    PAYLAŞ:

    Oxşar xəbərlər