Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edib və işğaldan azad edilmiş kəndlərin adlarını açıqlayıb.
Bunlar Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləridir.
Bu, şübhəsiz ki, sosial şəbəkələrin də əsas gündəm mövzusu olub.
Xalqımız müxtəlif şəkillərdə bir-birini təbrik edib, tarixi zəfərlə bağlı emosiyalarını ortaya qoyublar.