Bakıda gəlinini doğrayaraq zibil qutusuna atan qayınatanın FOTOsu

Bakıda gəlinini doğrayaraq zibil qutusuna atan qayınatanın FOTOsu
  • Hadisə

  • Bakıda 32 yaşlı Məhərrəmova Banu Xudayar qızını qətlə yetirərək meyitini zibil qutusuna atan 75 yaşlı qayınata İdris Məhərrəmovun fotoları üzə çıxıb.

    Asiya.az
    xəbər verir ki, fotoları mərhumun yaxınları Sonxeber.az-a təqdim ediblər.

    Qeyd edək ki, həmin şəxs artıq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

    Hadisənin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir.

    Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla birgə həyata keçirilən tədbirlər nəticəsində zərərçəkmişin qayınatası, 1946-cı il təvəllüdlü İdris Məhərrəmovun gəlini Banu Məhərrəmova ilə ailə-məişət zəminində mübahisə zamanı sonuncunun baş nahiyəsindən çəkiclə vurub, çoxsaylı bıçaq zərbələri yetirərək onu xüsusi amansızlıqla qəsdən öldürməsinə, daha sonra mətbəx bıçağı və balta ilə meyiti ayrı-ayrı hissələrə parçalayaraq torbalara yığıb məişət tullantılarının atılması üçün nəzərdə tutulmuş zibil qutularına atmasına əsaslı şübhələr müəyyən edilib.

    29 yanvar 2021-ci il tarixdə İdris Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

    Fotonu təqdim edirik:


    Bakıda gəlinini doğrayaraq zibil qutusuna atan qayınatanın FOTOsu
    PAYLAŞ:

    Oxşar xəbərlər